Məsud Aşina - Kopenhagen Universitetinin nevrologiya üzrə professor və baş məsləhətçisi, Beynəlxalq Baş ağrıları Cəmiyyətinin rəhbəri və İnsan Miqreni Araşdırma Birliyinin direktoru.
Azərbaycandan olan nüfuzlu şəxsiyyətlər bütün sahələrdə olduğu kimi elm sahəsində də dünya miqyasında uğur qazanıb, ismini tarixə qızıl hərflərlə əbədi həkk etməyə nail olurlar.
“The Royal Danish Academy Of Sciences And Letters” 2024 cü il üçün elmi şuranın yeni üzvlərinin adlarını açıqlayıb. Olduqca qürürverici haldır ki, Akademiyanın təqdim etdiyi 18 elm insanının siyahısında Azərbaycanlı, tibb elmləri doktoru, dünya tibb aləminə araşdırmaları ilə səs salan, nevrologiya üzrə professor Məsud Aşinanın ismi ən ön sıralarda çəkilib.
Vətən Cəmiyyəti və eləcə də Danimarkada yaşayan bütün Azərbaycanlılar adından Məsud müəllimi ürəkdən təbrik edir, elmi fəaliyyətində müvəffəqiyyətlər arzu edirik. Bu qürur hissini biz Azərbaycanlılara bəxş etdiyi üçün isə ayrıca təşəkkür edirik🇦🇿🇩🇰