Mayın 29-da Kopenhagendəki Rådhuspladsda ADR-nin yaradılmasının 92-ci ildönümü münasibətilə "Azərbaycan Günü" keçirilib. Tədbiri Azərbaycanın Böyük Britaniya və Danimarka üzrə fövqəladə və səlahiyyətli səfiri Fəxrəddin Qurbanov açıb və çıxışında ADR tarixi haqqında qonaqlara məlumat verib.
Elcin Ibrahimov bu tedbirin esas teskilatcilarindan biri olaraq ønemli rol dasiyir
Danimarkalılar və şəhərin qonaqları Azərbaycanın tarixi, mədəniyyəti və Qarabağ problemi ilə tanış oldular. Onlar həmçinin Azərbaycanın milli geyimlərini, musiqi alətlərini görmək, informasiya broşürləri və kitablar əldə etmək, eləcə də Azərbaycan şirniyyatlarını dadmaq imkanı qazandılar. Qonaqlar arasında ATƏT-in Avropa Parlament Assambleyasının baş katibinin müavini Tina Schön, Türkiyənin Danimarkadakı səfirliyinin əməkdaşı Talat bəy də var idi.
Tədbirdə Azərbaycan Dövlət Rəqs Ansamblının və Azərbaycanın Əməkdar Artisti Azərin ifasında konsert proqramı danimarkalıları və şəhərin qonaqlarını heyran etdi. Tədbir boyu Azərbaycanın milli musiqisi, muğam, caz, opera və digər musiqi parçaları bütün meydan boyunca səsləndi.
Bütün tədbir boyunca "Hürriyyət" qəzetinin əməkdaşı Ünsal Turan çəkilişlər apararaq, Türkiyə qəzetlərində və Kanal D, Kanal STAR-da "Azərbaycan Günü" tədbirinin işıqlandırılacağını bildirdi.