Menyu
Xəbərlər
Tariximiz
Diaspora xəbərləri
Fotolar
Muxtəlif
İdmançilarımız
Azəri qadınları
Bizə yazırlar
Azərbaycan incəsənəti
İslam


Təqvim
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 


Dost saytlar


 
 


 
 
5 iyun 2024   |  Baxış sayı: 92   |  Şərhlər: (0)  
 


 
 

21.05.2024. tarixində Kopenhagen mərkəzdə qədim “Odd Fellow Palæet” də 28 May “Respublika Günü” münasibətilə Azərbaycan Respublikasının Isvecdəki Səfirliyi və şəxsən cənab Zaur Ahmedovun rəhbərliyi ilə təşkil olunmuş görkəmli musiqiçi, məşhur pianoçu, bəstəkar, dünyanın bir çox konsert salonlarında caz janrında öz sözünü demiş və imzasını atmış, Azərbaycan Respublikasının Əməkdar artisti Emil Afrasiyabın möhtəşəm caz konserti baş tutdu. 

Konsertdə azərbaycanlılarla yanaşı Danimarkadan bir çox ölkənin səfirləri və diplomatik nümayəndələri, o cümlədən Türkiyə Cümhuriyyətinin Danimarkada səlahiyyətli səfiri Hakan Tekin bəy və xanimi, Avropa Qonşuluq Departamentinin müavini, Avropa Tərəfdaşlığı üzrə şöbə rəhbəri, EUN Henrik Winther də qonaq qismində iştirak edirdilər. 

Tədbirdə dünyaca məhşur, Kopenhagen Universitetinin nevrologiya üzrə professor və baş məsləhətçisi, Beynəlxalq Baş ağrıları Cəmiyyətinin rəhbəri və İnsan Miqreni Araşdırma Birliyinin direktoru, azərbaycanlıların qürürü Məsud bəy Aşina və xanımı da fəxri qonaq qismində iştirak edirdi.

Azərbaycan Mədəniyyətinə və incəsənətinə adını qızıl hərflərlə həkk etmiş Emil Afrasiyab və onun rəhbərlik etdiyi caz triosunun virtuoz ifalari caz konsertinə təşrif buyurmuş nəinki Azerbaycanlı qonaqların, eləcə də konsertdə iştirak edən əcnəbi qonaqların da heyrətinə səbəb oldu. Gecədə Əməkdar artistin öz bəstələri ilə yanaşı yerli və xarici klassiklərin əsərləri ilə etdiyi mükəmməl sintezləri də böyük maraqla qarşılandı. Azərbaycanda caz musiqisinin yüksək səviyyədə inkishafı və tebliğatı olduqca ürəkaçandır. Bu inkişafda müstəsna xidmətləri olan Emil Afrasiyab Kopenhagendə baş tutan bu möhtəşəm caz axşamında istər mükəmməl ifaları, istərsə də səmimi ünsiyyəti ile tamaşacıların rəğbətini qazandı. 

Caz triosunda Əməkdar artist Emil Afrasiyabla yanaşı cıxış edən mahir bass gitar ifaçısı Elvin Nəbiyev və Azərbaycan musiqisində danılmaz xidmətləri olan Azərbaycan Respublikasının Əməkdar artisti, zərb alətlərinin təkrarsız ifaçısı Isgəndər Ələsgərov öz mükəmməl ifaları ilə Kopenhagendə tamaşacılara mötəşəm bir musiqi şöləni yaşatdılar. 

Çox sevindirici haldır ki, Danimarkada yaşayan Azərbaycanlılar artıq Azərbaycan Respublikasının Isveçdəki Səfirliyinə tabedir. Bu baxımdan 21.05.2024. tarixində baş tutmuş gecədə konsertdən sonra təşkil olunmuş ziyafətdə cənab səfir Zaur Ahmedovla Azərbaycanlıların görüşü olduqca vacib və maraqlı söhbətlərlə yaddaşlara həkk olundu. 

Danimarkada artıq 17 ildir aktiv fəaliyyət göstərən “Vətən Cəmiyyəti” 28 May Respublika Günü münasibətilə təşkil olunmuş caz konsertində Azərbaycanlılardan ibarət 50 nəfərlik heyətlə iştirak edirdi. Bundan əlavə 14 nəfər Danimarkalı qonaq da “Vətən Cəmiyyəti”nin dəvəti ilə konsertə təşrif buyurmuşdular. 

Cəmiyyətin sədri Mehriban xanım Aliyeva ve idarə heyətinin üzvləri cənab səfir Zaur Ahmedovla söhbətlərində cəmiyyətin gələcək planlarından, Danimarkada təhsil alan Azərbaycanlı tələbələrin ugurlarından söhbət açdılar. Cənab səfir cəmiyyətin idarə heyətini maraqlandıran sualları cavablandırdı, gələcəkdə birgə göruləcək işlər barədə ətraflı məlumat verdi. Eləcə də idarə heyəti unudulmaz gecədə geniş tərkiblə iştiraklarını təmin etdikləri üçün cənab səfirə təşəkkür etdilər. 

Azərbaycan olduqca zəngin mədəni irsə malik bir ölkədir. Mədəniyyətimizin önəmli bir qolu olan musiqimizin bu cür yüksək səviyyədə təqdimatı təqdirə layiqdir. Azərbaycan Respublikasının Isveçdəki Səfirliyi və başda cənab səfir Zaur Ahmedovun, eləcə də dəyərli musiqiçi Emil Afrasiyab və komandasının Danimarkada təşkil etdikləri Caz Konserti 28 May Respublika Günü münasibətilə Danimarkada yaşayan Azərbaycanlılar üçün çox dəyərli bir hədiyyə oldu.

 


 
 
25 may 2024   |  Baxış sayı: 155   |  Şərhlər: (0)  
 


 
 

“Vətən Cəmiyyəti”nin fəaliyyətini yaxından təqib edən insanların nəzərinə:


 
 
25 may 2024   |  Baxış sayı: 151   |  Şərhlər: (0)  
 


 
 


Danimarkanin Bash Nazirine, Danimarka Xarici Ishler Nazirine, Danimarka Parlamentinin sedrine, Danimarka - Azerbaycan Veten Cemiyyeti terefinden  beyanat  unvanlanmishdir.


 
 
14 sentyabr 2022   |  Baxış sayı: 447   |  Şərhlər: (0)  
 


 
 

 Turkiye Cumhuriyetinin Kopenhaq Boyukelciliyinde 15 Temmuz anim gunu kecirildi.


 
 
23 iyul 2022   |  Baxış sayı: 615   |  Şərhlər: (0)  
 


 
 


Brusselde Avropa Azerbaycanlilari Konqresinin VII qurultayi kecirilib. 


 
 
10 iyun 2022   |  Baxış sayı: 585   |  Şərhlər: (0)  
 


 
 


Kopenhagende Turk Gunu kecirildi.

TURK GUNU -  2022.

 
 
12 may 2022   |  Baxış sayı: 566   |  Şərhlər: (0)  
 


 
 


Shusha sheherinde Dunya Azerbaycanlilarinin V Qurultayi kecirildi.

Zefer Qurultayi.



 
 
30 aprel 2022   |  Baxış sayı: 772   |  Şərhlər: (0)  
 


 
 
20 Mart 2022-ci il .  Kopenhagende " Novruz - 2022 " shenliyi kecirildi .
Kopenhagende  " Novruz - 2022 "

 
 
23 mart 2022   |  Baxış sayı: 846   |  Şərhlər: (0)  
 


 
 

Rus sefirliyinin qarshisinda etiraz mitinqi.

Kopenhaqen . Ukrayna torpaqlarinin rus herbi quveleri terefinden ishgalina qarshi etiraz mitinqi.


 
 
28 fevral 2022   |  Baxış sayı: 649   |  Şərhlər: (0)  
 


Əvvəlki səhifə 1 2 3 4 5 6 7 8 9 10 ... 26 Növbəti səhifə
Unutma



Müxtəlif

clock