Danimarkada artıq 17 ildir ki, “Vətən Cəmiyyəti” aktiv şəkildə fəaliyyət göstərir.
Cox üzülərək bildirmək istəyirik ki, cəmiyyətin təsisçisi Səfər bəy Sadiqi 08.12.2022. tarixində amansız xəstəlik nəticəsində dünyasını dəyişib.
Səfər bəyin vəfatı ilə əlaqədar “Vətən Cəmiyyəti”nin fəaliyyətinə müvəqqəti fasilə verilmishdir. 2024 cü il mart ayından etibarən cəmiyyətin fəaliyyəti qaldığı yerdən davam edir.
Mart ayında “Vətən Cəmiyyəti”nin təşkil etdiyi Novruz şənliyində Mehriban xanım Aliyeva cəmiyyətin yeni sədri olaraq rəsmən elan edilmişdir.
Cəmiyyətimiz hər zaman olduğu kimi, yenə də Azərbaycanın milli, mənəvi dəyərlərinə önəm verərək, Danimarkada yaşayan azərbaycanlıların, qürbətdə vətən həsrəti çəkən həmvətənlərimizin görən gözü, danışan dili, düşünən beyni olaraq xidmət göstərəcəkdir.